
Səsləndirmə mütəxəsissi
Mən Ayşən Fərəcova, səsləndirmə mütəxəssisiyəm. 25 yaşım var və nitq qabiliyyətim, düzgün vurğu, aydın tələffüz və təsirli intonasiya ilə fərqlənirəm. Film, reklam, vlog, sosial media videoları, təqdimatlar və digər audio məzmunlar üçün səsləndirmələr edirəm. Məqsədim hər layihəyə uyğun ton, emosiyanı və enerjini doğru şəkildə çatdırmaqdır. Səsin gücünə inanıram. Buna görə də hər işə məsuliyyətlə yanaşır, dinləyicidə təsir yaradan, yadda qalan və keyfiyyətli səsləndirmələr təqdim etməyə çalışıram. Əgər layihəniz üçün peşəkar, aydın və diqqətçəkən bir səs axtarırsınızsa, sizə məmnuniyyətlə dəstək ola bilərəm.