Məzmuna keç

BACARIQ DƏSTƏK

Sualına aydın cavab.

Hesab, xidmətlər və əməkdaşlıq prosesi haqqında məlumat.

Hesab və təhlükəsizlik

Hesabına giriş və yeni qeydiyyat üçün giriş səhifəsindən istifadə et. Şifrəni unutmusansa e-poçtla bərpa istə. Şifrən və təsdiq kodun yalnız giriş formasında istifadə olunmalıdır.

Daxil ol / Qeydiyyat ↗ · Şifrəni bərpa et ↗

Əməkdaşlıq necə başlayır?

İş sahəsində tələb yarat və ya istifadəçi adı ilə şəxsi söhbət aç. Xidmət göstərən işin əhatə dairəsini, qiyməti, müddəti və düzəliş sayını təklifdə bildirir. Qarşı tərəf təklifi qəbul etdikdə iş prosesi başlayır.

İş sahəsinə keç ↗

Ödənişlər

BACARIQ onlayn ödəniş qəbul etmir, kart məlumatı toplamır, cüzdan və pul köçürməsi təqdim etmir. Təklifdə göstərilən qiymət işin razılaşdırılmış məbləğidir. İşin tamamlanması pulun ödənildiyi mənasına gəlmir.

Təhvil, düzəliş və ləğv

İşi xidmət göstərən təhvil verir. Qarşı tərəf razılaşdırılan düzəliş sayı çərçivəsində dəyişiklik istəyir və ya işi tamamlanmış kimi təsdiqləyir. Ləğv sorğusu qarşı tərəfin razılığını tələb edir. Mübahisə yaranarsa dəstək müraciəti göndər.

Şəxsi məlumatların görünməsi

İctimai profildə istifadəçi adı, haqqında məlumat, ixtisas, əlavə etdiyin şəkil və yayımlanmış məzmun görünür. Şəxsi mesajlar yalnız söhbət iştirakçılarına, iş faylları isə qısamüddətli özəl bağlantı ilə açılır. Dəstək müraciətinin mətnini idarəçi nəzərdən keçirir. E-poçt və şifrə ictimai profilə daxil edilmir.

Bu bölmə funksiyaların izahıdır. İstifadə şərtlərini ayrıca oxuya bilərsən.

İstifadə şərtləri ↗

Şikayət və dəstək

Qiymətləndirmənin yanında “Şikayət et” seç. Mesajlaşma və əməkdaşlıq barədə müraciəti iş sahəsinin Dəstək bölməsində göndər. Lazım olduqda üzvü bloklaya bilərsən.

Müraciət göndər ↗ · E-poçt: bacariqcom@gmail.com · Bütün rəsmi əlaqə kanalları ↗